Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Qırx Beşinci Günü, 9 Aprel 2022

Şənbə, 9 Aprel 2022 - 09:12
https://az.iswnews.com/?p=4826

– Mariupoldakı qarşıdurmalarda çeçen qüvvələrinə aid video.

– Rusiya ordusunun “Orion” pilotsuz təyyarəsi Mariupoldakı “Azofestal” zavodunda Ukrayna hərbçilərinin toplaşdığı yerə hücum edib.
Orion PUA-sı dörd idarə olunan bomba və ya raket daşıya bilən Rusiya döyüş kəşfiyyatı pilotsuz təyyarələri tipindəndir.

– Rusiyanın “Orlan-30” PUA-sı Luqansk cəbhəsində Ukrayna qüvvələri tərəfindən vurulub.
“Orlan-30” Rusiyanın hərbi kəşfiyyat PUA-larındandır ki, 300 kilometr məsafəni 5 saata uça bilir. “Orlan-30” kəşfiyyat əməliyyatları ilə yanaşı, yer hədəflərinə qarşı artilleriya atəşini istiqamətləndirmək və idarə etmək qabiliyyətinə malikdir. Dron həmçinin Krasnopol artilleriya mərmiləri ilə hədəfləri vurmaq üçün lazer işarələmə qabiliyyətinə malikdir. Rusiya 2019-cu ildə Suriyadakı hərbi əməliyyatlarda pilotsuz təyyarəni sınaqdan keçirib.

– Ukrayna ordusu aprelin 7-də Rusiyaya məxsus “Orion” pilotsuz təyyarəsini vurub.
Pilotsuz təyyarə Ukrayna müharibəsi zamanı vurulan ilk Orion pilotsuz təyyarəsidir. Ukrayna mətbuatının yazdığına görə, Rusiya Müdafiə Nazirliyi 2020-ci ildən bu yana Rusiya ordusuna cəmi 12 belə PUA verib.

– Rusiya Müdafiə Nazirliyinin 9 aprelə qədər olan müharibədə Ukrayna ordusunun itkiləri ilə bağlı statistikası:
Ukraynada xüsusi hərbi əməliyyatlar başlayandan ümumilikdə 127 hərbi təyyarə, 98 helikopter, 425 PUA, 2031 tank və digər zirehli texnika, 228 reaktiv yaylım atəşi sistemi, 880 artilleriya qurğusu və minaatan və 1932 ədəd xüsusi hərbi avtomobil məhv edilib.

– Rusiya hərbçiləri Xarkovda Ukraynaya aid bir ədəd ZTR-nı qənimət götürüblər.

– Donetsk qüvvələrinin müdafiə sistemlərinin aktivləşdirilməsi və hava hədəflərinin təqib olunmasına aid görüntülər.

– 2022-ci il fevralın 24-dən aprelin 9-dək Rusiya ordusunun ümumi itkiləri ilə bağlı Ukrayna mediasının statistikası:
19100-dən çox rusiyalı hərbçi həlak olub və yaralanıb.
705 tank, 1895 hərbi maşın, 335 artilleriya qurğusu, 108 reaktiv yaylım atəşi sistemi, 55 hava hücumundan müdafiə sistemi, 151 təyyarə, 136 helikopter, 1363 ağır texnika, 7 yüngül sürətli qayıq, 76 yanacaq tankeri və 112 PUA məhv edilib.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.