Bakıda cümə namazında Əliyevə etiraz olub + VİDEO

Cümə, 1 Aprel 2022 - 16:18
https://az.iswnews.com/?p=4671

Aprelin 1-i cümə günü günorta paytaxt Bakıdakı Məşədi Dadaş məscidində bir dindar cümə namazının xətibi Şahin Həsənliyə və prezident İlham Əliyevə etiraz edərək, ittihamlar səsləndirib. Uca səslə deyib: Niyə kafir və günahkar olan İlham Əliyevin əleyhinə danışmırsan? Cümə namazının idarəçiləri onun səsinin dindarlar tərəfindən eşidilməsinə mane olmağa çalışıblar.

Bakıdan olan məlumatlı mənbələr bildiriblər: Əslən Lerik rayonundan olan bu şəxs etirazdan bir neçə saniyə sonra saxlanılıb və taleyi məlum deyil.

Onun saxlanılmasında Qafqaz Müsəlmanları İdarəsinin din xadimi Hacı Şahin kimi tanınan Şahin Həsənlinin bir qrup mühafizəçisi də iştirak edib. Bir saat sonra bu şəxsin özünü İmam Mehdi kimi təqdim etməsi, hələ ki, təsdiqini tapmayan şayiə yayılıb.

“İnsanlar öz fikirlərini bildirməyə çalışırlar ki, bunu, etirazlarla düzgün olmayan yolla ifadə edirlər.”, – Bakının cümə namazı xətibi etirazı bitirmək üçün bildirib. Həmçinin o, camaatı səbirli olmağa çağırıb.

Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsinə yaxın ruhanidir və Allahşükür Paşazadə bu idarənin sədridir. Həsənli bu ölkənin dövlət televiziya proqramlarında din eksperti kimi çıxış edənlərdən biridir və həm də onu Azərbaycanda İslamın təbliğatçılarından biri adlandırırlar.

Məşədi Dadaş məscidi Bakı şəhərinin mərkəzində Nəsimi rayonunda yerləşir və 18-ci əsrdə tikilib.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.