Cənin-in cənubunda Sərayəl-Qüdsün üç üzvü şəhid oldu

Bazar, 3 Aprel 2022 - 05:26
https://az.iswnews.com/?p=4355

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Fələstinin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds qüvvələrinin üç üzvü İsrail qüvvələrinin Cənin şəhərinin cənubunda bir avtomobilə atəş açmaları nəticəsində şəhid olub.

Dünən şənbə günü 2 aprel tarixində səhər saatlarında İsrail qüvvələri İordan çayının qərb sahilindəki Cənin şəhərinin cənubunda yerləşən Ərrabə məntəqəsində avtomobilə atəş açaraq Fələstinin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsün 3 üzvünü şəhid ediblər.

Hadisənin şahidləri İsrail hərbçilərinin avtomobili mühasirəyə aldığını və 3 fələstinliyə kömək etməyə imkan vermədiyini, onların ağır qanaxma və yaralanmalar səbəbindən şəhid olduqlarını bildiriblər.
Qarşıdurmada 4 İsrail əsgərinin də yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Sərayəl-Qüds açıqlamasında üç nəfərin bu bölüklərin üzvləri olduğunu, adlarının belə olduğunu bildirib: Saib Əbahirə (30), Xəlil Təvalibə (24) və Seif Əbu Ləbdə (25).

Bu hadisəni nəzərə alsaq, yaxın müddətdə Fələstin müqaviməti tərəfindən işğal olunmuş ərazilərə raket hücumu gözlənilməz deyil. İsrail rejimi təxribatçı prosesini davam etdirməklə, fələstinlilərin müharibəyə başlaması üçün Fələstin müqavimətini hərbi yolla cavab verməyə razı salmağa çalışır!
Fələstin və sionist rejim arasında gərginlik və işğal olunmuş ərazilərdə əmin-amanlığın pozulması bir zamanda İslami Cihad hərəkatının liderlərindən olan Məhəmməd Şələh Əl-Məyadin telekanalına müsahibəsində deyib: İordan çayının qərb sahilinin köməyə ehtiyacı olarsa, Qəzza hazırdır.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.