Qondarma Dağlıq Qarabağda gərginlik artıb – Müharibə olacaq?

Bazar, 27 Mart 2022 - 18:36
https://az.iswnews.com/?p=3863

Qondarma Dağlıq Qarabağ bölgəsində vəziyyət daha da kritikləşməkdə davam edir və regionda baş verən hadisələr yeni müharibə ehtimalını artırır.

Qarabağ qazı yenidən kəsilib

“Azərbaycan hökuməti bazar ertəsi martın 21-də Şuşanın Zəriflü ərazisində qaz kəmərinə dəyən ziyanı aradan qaldırdıqdan sonra qazı yenidən kəsib, Dağlıq Qarabağda yenidən güclü qar yağdıqdan sonra bir neçə gün ərzində havanın temperaturu mənfi 5 dərəcəyə düşüb və soyuqlar sakinlər üçün xeyli problemlər yaradıb.”, – Ermənistanın Sputnik-i erməni hüquq müdafiəçisi Qaraq Stepanaqa istinadən yazıb.

Qondarma Dağlıq Qarabağ parlamenti dünya ermənilərindən kömək istəyir

Qondarma Dağlıq Qarabağ (Artsax) Ədalət Partiyasının nümayəndəsi Metaske Hakopyan öz Facebook səhifəsində Azərbaycan hökumətinin təzyiqlərinin güclənməsini və Ermənistan hökumətinin Dağlıq Qarabağda yaşayan ermənilərin taleyinə biganəliyini ifadə edərək bunu insanlığa qarşı cinayət adlandırıb. O, bütün dünya ermənilərini Qondarma Dağlıq Qarabağa qaz kəmərinin qoşulmasına, elektrik enerjisinin kəsilməsinin və hərbi zərbələrin qarşısının alınmasına kömək etməyə çağırıb.

İran Milli Məclisinin Erməni deputatları Qarabağ hadisələrinə etiraz ediblər

İslami Şura Məclisinin erməni deputatları İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdollahiana, Ara Şahverdiyan və Robert Biqleryana göndərdikləri məktubda Qondarma Dağlıq Qarabağda yaşayan ermənilərə qarşı təzyiqlərdən və qaz və elektrik kəsilməsi və qarşıdurmalara narahat olduqlarını bildiriblər. Onlar həmçinin İranın Xarici İşlər Nazirliyini bu böhranda həll edici manevr etməyə çağırıblar.

İrandakı Azərbaycan səfirinin erməni deputatlara qarşı kampaniyası

Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə öz Twitter səhifəsində İslam Şurası Məclisinin erməni deputatlarına qarşı İran xarici işlər nazirinə göndərdikləri məktubla bağlı kampaniyaya başlayıb. Bu kampaniyanın əsas müxatəbləri İrandakı Azərilərdir. Hələlik İranın Xarici İşlər Nazirliyindən Azərbaycan səfirinin çağırılması ilə bağlı heç bir xəbər yoxdur. Amma səfirin kampaniyası geniş etirazla qarşılanıb və iranlı sosial şəbəkə istifadəçiləri bunu səfirin İranın ölkə daxili işlərinə qarışması kimi qiymətləndiriblər.

Şuşa qətliamının ildönümünün keçirilməsi

Ermənistan Respublikasının Milli Məclisi və Qondarma Dağlıq Qarabağ Məclisi (Artsax) Şuşa qətliamının ildönümünü martın 22-də, çərşənbə axşamı bir dəqiqəlik sükutla yad ediblər. Ermənilər də Xankəndidə aksiya keçirərək, erməni soyqırımını pisləyib və onlara qarşı qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb ediblər.

Ermənistan parlamentinin bir dəqiqəlik sükutu

Bu qətliam 102 il əvvəl Osmanlı hökumətinin dəstəyi ilə Qarabağ bölgəsində ermənilər və tatarlar arasında etnik rəqabətin nəticəsi idi.

Daşnaksütyun kimi tanınan Erməni İnqilabi Federasiyasının qüvvələri Bakıda ermənilərə qarşı kütləvi qırğınların təkrarlanmaması üçün Əsgəran keçidində Qarabağa girişi bağlamışdılar. Lakin 1920-ci il martın 21-də Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperiyasının qüvvələri onları məğlub edərək Şuşa şəhərinə daxil olmuşdular. Qondarma Dağlıq Qarabağın mərkəzi olan bu şəhərdə erməni sakinlərinə qarşı qırğın 1920-ci il martın 22-dən 26-dək davam etmişdir.

1920-ci il qırğınından sonra Şuşa xarabalığı

Soyqırım zamanı 15 min erməni öldürülmüş, qalanları isə didərgin salınaraq sürgün edilmişdir. Bu cinayəti törədənlər onların yaşayış evlərinidə dağıtmışdılar.

Soyqırım Qarabağ və Zəngəzur bölgəsi valisi general Xosrov Bəy Sultanovun əmri ilə, Osmanlı ordusunun Qafqazdakı (Qafqaz İslam Ordusu) komandanı türk zabiti Nuri Paşanın dəstəyi ilə həyata keçirilmişdir.

Azərbaycan: Ermənistan ordusu Qondarma Dağlıq Qarabağdan çıxarılmalıdır

Azərbaycan Müdafiə Nazirliyi Qondarma Dağlıq Qarabağla bağlı xəbərləri qeyri-müəyyən və gecikmiş şəkildə dərc edir. Onların arasında Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general Kərim Vəliyevin Rusiya Federasiyası Quru Qoşunları komandanının müavini ilə martın 22-də Bakıda keçirilən görüşü də var.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, görüşün mövzusu Rusiyanın Qondarma Dağlıq Qarabağda sülhməramlı əməliyyatlarının aparılması qaydası və Ermənistanın qalan qoşunlarının Qondarma Dağlıq Qarabağdan çıxarılmasına dair 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Sazişin 4-cü maddəsinin icrası olub.

Azərbaycanın müdafiə naziri Pakistana gedib

Azərbaycan Respublikasının yüksək rütbəli hərbi nümayəndə heyəti çərşənbə günü, martın 23-də İslamabadda Pakistan İslam Respublikasının Milli Günü münasibətilə keçirilən hərbi paradda iştirak edib. Azərbaycanın müdafiə naziri general Zakir Həsənov marş gedən ölkələrin arasında bayrağı da nümayiş etdirildiyi mərasimin xüsusi qonaqlarından olub.

Azərbaycanın Qondarma Dağlıq Qarabağın şərq hissəsində irəliləməsi

Qondarma Dağlıq Qarabağ (Artsaxın) de-fakto hökumətinin informasiya qərargahı Azərbaycan ordusunun Farux (Parux) Əsgəran kəndinin nəzarətə götürdüyünü elan edib. Kənd ağ-saqqalı olan Vartan Mikaelian, cümə axşamı, martın 24-də bildirib ki, kənd yerli vaxtla saat 16:00-da Azərbaycan ordusu tərəfindən atışma və qarşıdurma olmadan ələ keçirilib: Kənd boşaldılıb və heç kəs yaralanmayıb. Biz indi yaxınlıqdakı kənddəyik (Xaramurt) və Qaraqlox yüksəkliyini nəzarətə götürüblər. Rusiya sülhməramlıları onlarla danışıqlar aparır. Azərbaycan Əskranı Əsgəran adlandırır. Bu ölkənin xəritəsinə görə, Xaramurt, Pirlər, Parux kəndi isə Farux adlanır.

Faruxun Azərbaycan Respublikası ordusu tərəfindən nəzarətə götürülməsi

Qarabağda yerləşən Əsgəranda gərginliyin artması

Erməni mənbələrinin məlumatına görə, 10 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən, Ermənistan ordusu Qarabağı boşaltmalıdır. Onlar mövqeləri boşaltdıqda rus sülhməramlıları onları əvəz etməli idilər, lakin Azərbaycan qüvvələri onları əvəz ediblər.

Qondarma Dağlıq Qarabağ İnformasiya Mərkəzinin jurnalisti Davit Qəhramanian rus sülhməramlıları və erməni silahlı birləşmələrinin Azərbaycan qoşunlarının yolunu kəsdiyini və Qaraqlux yüksəkliklərinin nəzarətə almasının qarşısını aldığını bildirən fotonu dərc edib.

“Ermənistan Sputnik” Rusiya sülhməramlılarının Qaraqlux yüksəkliyində hərbi post yaratmaq üçün buldozer və ZTR daşıdığı görüntülərini dərc edib. Sülhməramlılar hər iki tərəfi posta yaxınlaşmamağa çağırıb.

Rusiya sülhməramlılarının Əsgəran münaqişəsi zonasında nəzarət postu yerləşdirməsi

Qondarma Dağlıq Qarabağ İnformasiya Mərkəzi (Artsax) Farux Əsgəran (Parux Əskran) kəndinin işğalının davam etməsini və ərazidə könüllülərin və ordunun olmasını əks etdirən görüntüləri dərc edib.

Qarşıdurma martın 25-i cümə günü Azərbaycan ordusunun Pirlər də (Xaramurt) erməni qüvvələrini atəşə tutması ilə başlayıb. Yerli vaxtla saat 14:00-da Azərbaycan ordusu yüngül silahlar və TB2 Bayraktar dronları ilə Qarabağdakı erməni mövqelərini hədəfə alıb.

Erməni tərəfi Artsax ordusunun David Mirzoyan, İşxan Ohanyan və Ararat Tusyan adlı 3 müqaviləli əsgərinin öldürüldüyünü, daha 14 nəfərin yaralandığını bildirib. İlkin olaraq ölənlərin sayı iki, yaralıların sayı isə yeddi elan olunmuşdur.

Bu iki kəndin əhəmiyyəti Qaraqloxun hündürlüyü və onun Qarabağın mərkəzindəki şimal-cənub yoluna və Əsgəran (Əskran) və Xankəndi (Stepanakert) şəhərlərinə nəzarəti ilə bağlıdır. Qaraqlox həmçinin Əsgəran (Əskrandan) altı və Xankəndi (Stepanakertdən) iyirmi kilometr aralıdadır.

Xankəndi (Stepanakert) şəhərinə toplaşan insanlar Azərbaycan ordusunun çıxarılmasını, təhlükəsizliklərinin təmin edilməsini və təzyiqlərin azaldılmasını tələb ediblər.

Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayaraq, gün ərzində baş verən hadisələr və hər hansı itki ilə bağlı açıqlama verməyərək bildirib: “Rusiya sülhməramlıları Azərbaycan ordusunun itki verdiyini iddia edən dron görüntülərini yayıblar. Azərbaycan ordusunun qüvvələri öz mövqelərindədirlər və əməliyyat şəraitinə nəzarət edirlər.

Xocavənd vilayətinin (Martuni) Qırmızı bazar bölgəsində (Karmir Şoka) da atışma olduğu bildirilir.

Ermənistan Müdafiə Nazirliyinin etirafı

Ermənistan Müdafiə Nazirliyi mətbuatın təzyiqindən və ictimai qınaqdan sonra Sünik vilayətinin bir hissəsinin Azərbaycan ordusu tərəfindən nəzarətə götürülməsini etiraf etməyə məcbur olub.

Məlumata görə, Azərbaycan ordusu ötən ilin yazında vilayətin (Ermənistanın cənubu və İranla həmsərhəd) şərqində 600 metr irəliləyərək səngərlər qurub. Amma qışın soyuq keçməsi ilə əlaqədar mövqeləri boşaldıb yazın gəlişi ilə geri qayıdıblar. Bununla bağlı yeni təsərrüf yoxdur. Sünikin Narkin Hand kəndi ilə Azərbaycanın nəzarətə götürdüyü mövqelər arasında da yüksəklik var və insanlar üçün təhlükə yoxdur. Bir həftə əvvəl Sputnik-in (Rusiya Federal Hökuməti İnformasiya Agentliyi) erməni bölməsi yerli əhaliyə istinadən irəliləyişin əldə edildiyini bildirsə də, Ermənistan Müdafiə Nazirliyi bunu təkzib etmişdir.

İtkin düşmüş Azərbaycan əsgərlərinin axtarışı

Azərbaycan Müdafiə Nazirliyi 20 gündən sonra bildirib ki, Laçın Rayonunda bu ölkənin iki əsgərinin axtarışları davam edir. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, cümə günü (4 mart 2022-ci il) Əsgər Məhəmmədov Fərid oğlu və Firdovsi Abdullahov Mayıs oğlu adlı iki əsgər yollarını azıb və hələ də geri qayıtmayıblar. Bu elanda əlavə izahat yoxdur. Laçın rayonu Azərbaycanın Ermənistanla həmsərhəd olan Qarabağ bölgəsinin (Yuxarı Dağlıq Qarabağ) bir hissəsidir. Ermənistan-Qondarma Dağlıq Qarabağ dəhlizi buradan keçir.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.