Ənsarullah vertolyotu yenidən muzdlular ovunda

Çərşənbə axşamı, 8 Mart 2022 - 21:56
https://az.iswnews.com/?p=2619

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Ənsarullaha məxsus Mi-24 helikopteri Səudiyyə koalisiya qüvvələrinin Məribin cənubundakı mövqelərini bombalayıb.

Ənsarullah Mi-24 helikopteri Qərbi Əl-Fələc bölgəsinin cənub cəbhəsində Səudiyyə koalisiya qüvvələrinin son hücumdan sonra onların mövqelərini bombalayıb.

Bu, Ənsarullah vertolyotunun Mərib vilayətinin cənubunda həyata keçirdiyi dördüncü helikopter əməliyyatıdır və Ənsarullah daha öncə Şərqi Əl-Bələq yüksəkliklərində yerləşən qüvvələrə dəstək olmaq üçün hava hücumundan istifadə etmişdi.
Qeyd edək ki, Səudiyyə koalisiyasının mediası son aylarda bütün Ənsarullah helikopterlərinin məhv edildiyini iddia etmişdi. Amma əməliyyat Səudiyyə koalisiyasının yalan iddialarını təkzib etdi.

Ənsarullah helikopterinin Məribin cənubundakı əməliyyatının videosu
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.