Suriyada bir amerikalı öldürüldü; Müqavimət mövqelərinə Amerikanın hava hücumu + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ-ın Qərbi Asiyadakı terror qərargahı bəyanat yayaraq, Suriyanın şərqində İranın dəstəklədiyi qrupların mövqelərinə hava hücumu təşkil etdiyini bəyan edib.
Martın 24-də bü gün səhər saatlarında Amerika hava təchizatları Suriyanın Deyr əz-Zor əyalətində müqavimət qruplarına aid mövqeləri hədəfə alıb və yerli mənbələrə görə, bu hücumlar zamanı 5 nəfər yaralanıb.
Hücumdan bir neçə dəqiqə sonra Amerikanın Qərbi Asiyadakı terror qərargahı (CENTCOM) bəyanat yayaraq, bu hücumlara görə məsuliyyəti öz üzərinə götürdü və bu hücumların İranın dəstəklədiyi qrupların Suriyanın Həsəkə şəhərindəki Amerika obyektlərinə dron hücumu nəticəsində bir Amerika əsgərinin ölümünə və beş nəfərin yaralanmasına cavab olduğunu bildirdi.
Bununla bağlı ABŞ Müdafiə Nazirliyi bəyanat yayaraq, ABŞ prezidenti Co Baydenin göstərişi ilə Suriyanın şərqində İranın dəstəklədiyi qrupların hərbi obyektlərinin ABŞ-ın hava zərbələri ilə hədəfə alındığını açıqlayıb.
ABŞ Müdafiə naziri Lloyd Ostin də bu hücumların dünən cümə axşamı günü edilən hücuma, eləcə də İranın dəstəklədiyi qruplar tərəfindən Suriyadakı koalisiya qüvvələrinə qarşı son hücumlara cavab olaraq həyata keçirildiyini iddia edib. O, bildirib ki, Amerika qüvvələrinə hücum edən hər hansı qrup əks cavabdan qorunmayacaq və mütləq cəzalandırılacaq. Bu dəqiq hücumların məqsədi Amerika qüvvələrini qorumaq və müdafiə etməkdir.
Daha ətraflı məlumat hələ dərc edilməyib, lakin bəzi Amerika mediaları yüksək rütbəli bir amerikalı hərbi məmura istinadən xəbər veriblər ki, ABŞ-ın Suriyanın şərqindəki hədəflərə endirdiyi aviazərbələr zamanı silah-sursat anbarı, monitorinq və nəzarət binası və məlumat toplama yeri hədəf alınıb.
Qeyd edək ki, dünən bəzi yerli mənbələr Suriyanın şərqindəki Həsəkə əyalətinin Əl-Yarubiyyə sərhəd-keçid məntəqəsindən 5 kilometr aralıda yerləşən Xarab Əl-Ceer kəndində yerləşən ABŞ hərbi bazasında yanğın baş verdiyini bildirib. Mümkündür ki, bu yanğın müqavimət qruplarının dron hücumlarından sonra baş verib.
Həmçinin əlavə edək ki, bu hücumların davam etməsi İran və ABŞ arasında gərginliyə səbəb ola bilər. Müqavimət qruplarının Suriyadakı amerikalı terrorçuların mövqelərinə təkrar hücumları, onlarında əks cavab hücumları olarsa, ehtimal ki, Suriyada müqavimət cəbhəsi ilə ABŞ arasında daha geniş miqyasda məhdud münaqişələr başlayacaq.
Rəy