İki ölkə xarici işlər nazirləri arasında telefon danışı olub

Cümə 27 Yanvar 2023 - 18:39
https://az.iswnews.com/?p=18432

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran Xarici İşlər Naziri Əmir Abdullahian və Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

İran Xarici İşlər Naziri Əmir Abdullahian Ceyhun Bayramovla telefon danışığında Azərbaycan səfirliyinə silahlı basqın hadisəsini pisləyərək, bugünkü hadisədən iki ölkənin düşmənlərinin sui-istifadə etməsinə işarə edərək, bu hadisənin iki ölkə arasında münasibətlərə mənfi təsir göstərməsinə imkan verməməli olduğumuzu vurğulayıb.

İranın Xarici İşlər Naziri təklif edib ki, hadisənin müxtəlif aspektlərinə aydınlıq gətirmək üçün iki ölkənin təhlükəsizlik qurumları bir-biri ilə sıx əməkdaşlıq edərək məsələni izləməli və araşdırmalıdır.

Ceyhun Bayramov Abdullahianın hadisənin ölçülərini aydınlaşdırmaq üçün iki ölkənin təhlükəsizlik və prokurorluq orqanlarının əməkdaşlığı təklifini dəstəkləyib.

Daha çox oxuyun:
İran İslam Respublikasındakı səfirliyimizə silahlı hücum olunub + FOTO və VİDEO
İranın Xarici İşlər Nazirliyi: “Baş verən hadisəni kəskin şəkildə pisləyirik”.
Seyid Həsən Amili: “Baş verən məlum hadisəni qətiyyətlə qınayırıq”. + FOTO
Hüseyniyyun Azərbaycan İslam Müqaviməti Tehrandakı hadisə ilə əlaqədar bəyanat yaydı

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir