Azərbaycan Respublikası vətəndaşlarının İrana qarşı məcburi etiraflarının pərdəarxası + VİDEO və FOTO

Bazar ertəsi 21 Noyabr 2022 - 18:44
https://az.iswnews.com/?p=15650

“İŞİD-in Şirazın Şahçeraq ziyarətgahındakı terror əməliyyatlarının koordinatoru Bakıdan birbaşa təyyarə ilə Tehrana uçan vəhhabi-təkfirçi Azərbaycan Respublikasının vətəndaşı olmuşdur.” İran İslam Respublikasının Milli Təhlükəsizliyi Nazirliyi bu xəbəri tam olaraq çox uyğun bir zamanda açıqlamış və bütün diqqəti iki qonşu ölkə arasında 30 illik münasibətlərdə açıq-aşkar, lakin praktiki olaraq nəzərdən qaçırılmış bir fakta yönəltmişdir. Digər tərəfdən, Bakı hökuməti İrana qarşı hərtərəfli media hücumlarını artırarkən, Azərbaycanın dini və mədəni fəallarını həbs etmək üçün yeni mərhələyə başlamış və indiyədək 19 nəfər həbs edilərək saxlanılmışdır.

Əvvəla, Əl-Mustafa Beynəlxalq İnstitunun üç azərbaycanlı tələbəsi ölkələrinə qayıtdıqdan sonra hökumətə və ölkəyə xəyanətdə, terror əməliyyatları keçirməyə cəhddə ittiham olunaraq həbs olundular! Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti onların Azərbaycan Müqavimət Hərəkatı Hüseyniyyununun üzvü olduqlarını və Qum şəhərindən idarə olunduqlarını açıqlayıb. Hələlik bu hərəkat öz ölkəsinin hökumətinin irəli sürdüyü ittihamları təsdiq edən və ya təkzib edən bəyanat və ya məlumat yayımlamayıb.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti bu günlərdə 5 vətəndaşla bağlı video yayıb və Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Bəxtiyar Ağazadə və Mirhafiz Cəfərzadənin Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən dövlətə xəyanət etdiyini iddia edib. Bu maddədə casusluq, terror, dövlət çevrilişi, xarici dövlətlərlə qeyri-qanuni əməkdaşlıq və s. yer alıb. Onların video vasitəsilə etirafları da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən mediaya təqdim olunub.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videoda İranın casus şəbəkəsinin bu ölkədə həbs edildiyi iddia edilir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında saxlanılanların ittihamları uzun bir siyahı tutur. İddiaya bunlar daxildir: İranın kəşfiyyat orqanları ilə sıx əlaqədə olaraq maddi dəstəklər almaqla yanaşı İrana casusluq etmək, gəmilərin və hərbi təlimlərin çəkilişi, hərbi gəmilərin söhbətlərini dinləmək, İkinci Qarabağ müharibəsindən əvvəl İsrail və Türkiyədən alınan dronlar, hərbi texnikaların yerləri, Xəzər dənizinin neft-qaz limanlarına idxal və ixrac olan yük məlumatları, Bakıdakı xarici şirkət və nümayəndəlikləri, Müdafiə Nazirliyinin Hava Limanlarında dronların idarə olunması avadanlıqları, tanklar, Bakıdakı Hərbi Sərgidə nümayiş etdirilən texnikalar, S-300 zenit-raket komplekslər və raketlərinin yerləri, Salyan və Füzulidə radar idarəetmə stansiyaları, Qaradağ rayonu və Bakı şəhərindəki neft və qaz kəmərləri, siyasi və ictimai məsələlər, Lənkəran bölgəsində yerləşən hərbi bazaların və komanda qərargahlarının yerləşdiyi yerlərin koordinatları barədə məlumatların toplanması və bütün bu məlumatların telefon və sosial şəbəkələr, o cümlədən WhatsApp və Telegram vasitəsilə İranda yaşayan iranlı və azərbaycanlı şəxslərə göndərmək.

Həmçinin, ittihamlar arasında sosial şəbəkələrdə qapalı qrupların yaradılması və informasiya əlaqəsi kimi İranda yaşayan barələrində cinayət işi açılmış Azərbaycan vətəndaşları, o cümlədən Orxan Məmmədov, Tohid İbrahimbəyli və Elşad Hacıyev ilə ünsiyyət də var.

Bu videoda Bəxtiyar Ağazadənin axtarışda olan casus kimi təqdim edilən Əli Əbdoli adlı şəxslə köhnə fotosunun nümayişinə əsaslanan bütün ittihamlar şübhə ilə qarşılanır.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti mətbuatının cılız səhvi. Azərbaycan vətəndaşı Bəxtiyar Ağazadə və İran vətəndaşı Əli Əbdolinin fotosu

İslam Dünyası Xəbərlərinin araşdırmalarına əsasən, Əli Əbdoli Kuluri Gilan vilayətinin Rezvanşəhr şəhərində yaşayan İran vətəndaşıdır. O, mədəni-ictimai fəal, İran və Azərbaycan Respublikasında başda Talaş tayfası olmaqla, etnik mədəniyyət sahəsində xeyli sayda kitab və məqalələrin müəllifidir. Əbdoli “Talışlar kimdir?” kitabının birinci fəslində İlham Məhəmmədovun Azərbaycanın Talış Muğan Muxtar Respublikasının tarixindən bəhs edən məqaləsini fars dilinə tərcümə edib. Onun Azərbaycan Respublikasının nəşrləri, tanınmış şəxsiyyətləri, mədəniyyəti və dili ilə bağlı araşdırmaları da var.

Əbdoli ilə telefon danışğı zamanı məlum olub ki, saxlanılan Bəxtiyar Ağazadə Lənkəran şəhərindəki Talışların mədəni fəalıdır. Əbdoli bu məsələyə belə reaksiya verib: “Bu, yeni bir şey deyil və illərdir Bakı polisi Talışlardan bir mədəni fəalı aradan götürmək istəyəndə bu şəxsin Əli Əbdoli ilə əlaqəsini onun ilk ittihamı kimi qələmə verir”.

Əli Əbdolinin ittihama cavabı

İran vətəndaşı olan Əbdolinin Azərbaycan tərəfindən təqib olunması, Talış Mədəniyyət Mərkəzinin və Azərbaycanın Talış Muğan Muxtar Respublikasının təsisçisi professor Novruzəli Məmmədovun həbsdə şübhəli şəkildə ölümü məsələsinə qayıdır. O, bu respublika tərəfindən sıxışdırıldıqdan sonra Rusiyaya getdi. Məmmədov ölkəsinə qayıtdıqdan sonra etnik hüquqlarını təmin etməkdə, İranın xeyrinə casusluqda və ölkəsinə xəyanətdə ittiham olunaraq həbs edilib və həbsxanada dünyasını dəyişib. Onun oğlu da atasının ölüm səbəblərini araşdırdıqdan sonra yol qəzasında həlak olub və Avropa Birliyi Novruzəli Məmmədovun həyat yoldaşına siyasi sığınacaq verib.

Mirhafiz Cəfərzadə də həbs olunan 4 nəfər kimi Talışların mədəni-ictimai fəallarından biri və bu 5 nəfərlik siyahıda ən önəmli şəxsdir. Telegram sosial şəbəkəsində Orxan Məmmədov adlı şəxs üçün ona aid edilən audio faylda texniki səhv var. Göndərilən bu audio fayl solğun yaşıl fonda ekranın sağ tərəfində yerləşdirilməlidir, lakin qəbul edilən faylın əvəzinə ağ fonda sol tərəfdədir. Bu faylda Mirhafiz Cəfərzadənin Məmmədova hərbi bazaların yerini izah etdiyi iddia edilir. Həmçinin həbs olunanlar qapalı WhatsApp qruplarında milli maraqlara zidd olaraq gizli fəaliyyət göstərməkdə ittiham olunurlar.

Mirhafiz Cəfərzadənin məlumat göndərməsi barədə Dövlət Təhlükəsizliyi Xidmətinin cılız, utanc verici və səhv məlumatı

Azərbaycan Respublikasının Lənkərandan olan Talış politoloqu, Rusiya sakini İsmayıl Şabanov həbs olunanların kimliyindən xəbərdar olduğunu bildirərək deyib:

“Vətənə xəyanətdə ittiham olunan bu şəxslərin hamısı Talışların tanınmış mədəniyyət fəallarıdır. Bu gün məzlum, bədbəxt Talış xalqını İranın əleyhinə danışmaq üçün həbs edib işgəncə altında etiraf etməyə məcbur edirlər. İnsanların İrana gedib-gəlmək, həmçinin, ailələrini dolandırmaq üçün casusluqda ittiham olunmaları nə vaxta qədər davam edəcək? Dəhşətdir. Azərbaycan hökuməti hər il bu ölkədə bir sıra fəalları və nüfuzlu şəxsləri həbs edir və onları kəşfiyyat orqanlarına casusluqda və İrandan narkotik alverində ittiham edir. Mən bu məqamı əvvəllər də dəfələrlə qeyd etmişəm ki, bu məcburi və səssiz miqrasiya tədbirlərinin məqsədi Azərbaycan Respublikası xalqını və İran sərhədlərində yaşayan insanları öz yaşayış yerini tərk etməyə məcbur etməkdir. Azərbaycan dövləti heç vaxt müstəqil deyil. Bu hökumət öz torpağından İrana qarşı istifadə etmək üçün yaradılıb. Azərbaycan ərazisindən bu cür istifadə ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra daha da şiddətlənib və Bakı qubernatoru (Azərbaycan prezidenti) İlham Əliyev İranı açıq şəkildə aşağılayır və ələ salır. Mətbuat və hökumət kanalları və onların tabeliyində olan qurumlar hər gün bu materialları dərc edirlər. Bu gün məlumdur ki, Şirazda baş verən terror hadisəsində hücumu koordinasiya edən şəxs Bakıdan Tehrana səfər edibmiş. Noyabrın 17-də, cümə axşamı səhər saatlarında bir qrup talış iranlı fəalın Azərbaycan səfirliyi qarşısında bu ölkənin siyasətinə etiraz olaraq toplaşması düzgün və vaxtında idi. Yazılan şüarlar əhəmiyyətlidir və belə nümayişlər çoxalmalıdır. Onlar bilməlidirlər ki, Azərbaycan Talışları İranın bir hissəsidir və bu hissə heç vaxt ayrıla bilməz və onu heç kim məhv edə bilməz. İran həmişə Qafqazda olub və olacaq. Talışlar İranın Qafqazda sağ qalmasının səbəbidir və biz həmişə İranın Qafqazdakı tələblərini qorumaq üçün hazırıq”.

Bu gün (noyabrın 17-də) Tehranın Əllamə Təbatəbai Universitetinin bir qrup tələbəsi Azərbaycan səfirliyi qarşısına çıxmışdı və Bakı hökumətinin siyasətinə etiraz edənlərin sayı artdıqdan sonra onların toplaşmağa davam etməsinin qarşısı alınmışdır. Bəziləri hesab edir ki, dinc etirazlara icazənin ləğvi bu ölkənin səfirliyi ilə bağlı olan Azərbaycan Respublikasının İrandakı lobbisinin təsiri ilə bağlıdır.

Azərbaycanın Tehrandakı səfirliyi qarşısında etirazlar
Azərbaycan səfirliyi qarşısında etirazlar

Qeyd edək ki, Azərbaycanda baş verən son hadisələr, dindarlara təzyiqlərin rahat şəkildə artması və Azərbaycan İslam Müqaviməti Hüseyniyyunu gözdən salması üçün planlaşdırılıb və saxlanılanlar adi vətəndaşlardılar, öz siyasi düşüncələri olub və bunları həbs etmək üçün Hüseyniyyunun adından istifadə ediblər.

Yazar: Heydər Zolfəqarməneş

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam