Behsudda Taliban və Əlipur qüvvələri arasında qarşıdurma onlarla mülki şəxsin didərgin düşməsinə səbəb olub

Şənbə 22 Oktyabr 2022 - 19:29
https://az.iswnews.com/?p=14433

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əbdül Ğəni Əlipurun komandanlığı altında Taliban silahlıları ilə Ədalət Uğrunda Müqavimət Cəbhəsi qüvvələri arasında baş verən toqquşma nəticəsində 16 nəfər ölüb və yaralanıb.

Əbdül Ğəni Əlipurun komandanlığı altında Ədalət Uğrunda Müqavimət Cəbhəsi qüvvələrinin Meydane Vərdək vilayətinin Behsud şəhərində İkinci Hessa rayonunda yerləşən Tekke To kəndindəki evdəki toplumuna Taliban silahlılarının hücumundan sonra iki tərəf arasında münaqişə başlayıb. Bu qarşıdurma oktyabrın 20-də baş verib və səkkiz Taliban silahlısının ölümü, beşinin isə yaralanması ilə nəticələnib. Həmçinin, “Məhəmməd Əli Rəzmənde” ləqəbli mühavini də daxil olmaqla, Əlipur qüvvələrinin üç üzvü şəhid olub.

Bu qarşıdurmadan sonra Taliban silahlıları İkinci Hessa rayonundakı Tekke To və Abelis kəndlərinə hücum edərək, Əlipur qüvvələri ilə əməkdaşlıq etmək və sığınacaq vermək ittihamı ilə bir neçə evi yandırıb, 20 ailəni və mülki insanları məcburi köçkünlüyə məcbur edib, onları döyüblər. Bu hadisə onlarla mülki şəxsin həbsinə və yaralanmasına səbəb olub.

Bu, Ədalət Uğrunda Müqavimət Cəbhəsi qüvvələri ilə Taliban arasında bu qrupun Əfqanıstanda hakimiyyətindən sonra baş verən ilk münaqişədir. Əfqanıstanın əvvəlki hökuməti dövründə Əlipur qüvvələri Taliban və Kuçilərə (Talibanla müttəfiq olan tayfalar) qarşı mübarizə aparmağa və yerli və könüllü qüvvələri cəlb etməklə Meydane Vərdək əyalətində Hazara (şiə və sünni) qövmünün yaşadığı ərazilərinin təhlükəsizliyini təmin edə bilmişdir.

Qılınc komandiri kimi tanınan Əbdül Ğəni Əlipurun komandanlığı altında Ədalət Uğrunda Müqavimət Cəbhəsi 2013-cü ildən Əfqanıstanın mərkəzi bölgələrində Behsud şəhərinin birinci və ikinci Hessa məntəqələrindən olan yerli və könüllü şəxslərdən ibarət qüvvələrlə fəaliyyət göstərir. Bu qrup Hazara qövmündəndir və İslam Birliyi Partiyasının keçmiş qüvvələrinin bir hissəsidir və Şəhid Əbdül Əli Məzarinin fikirləri təsiri altındadır.

Daha çox oxuyun: İnfoqrafiya: Əfqanıstanda Talibana müxalif qruplar

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam