Poster: Qətiyyətli İran

Cümə 21 Oktyabr 2022 - 18:07
https://az.iswnews.com/?p=14384

İran region ölkələrinin beynəlxalq sərhədlərində istənilən dəyişikliyə və onun təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı qətiyyətlə dayanacaq.

Azərbaycan Respublikası, Ermənistan və Qafqaz regionunda heç bir ölkə İran üçün təhlükə deyil! Amma, təhlükə bu regionda baş verənlərdir və xalqımız bu mühüm məsələyə diqqət yetirməlidir. Bu bölgə və sərhədlər yaxınlığında baş verənlərə biganə qalmaq düzgün deyil.

Xəbər və məlumatlar Qafqaz regionunda İsrail və təkfirçi qrupların mövcudluğundan xəbər verir və bu, bütün region üçün ciddi təhlükədir. Həmçinin, NATO-nun bu regiona məkrli nüfuzu qeyd olunan təhdidləri ikiqat artırır və İran regional güc kimi bu məsələlərdən kənarda qala bilməz.
Hər bir təlimin açıq və gizli mesajları var. Bu təlim (üç günlük Araz çayı boyunca keçirilən İqtidar adlı təlim) Qafqaz regionunun qorxaqlarına və onların müttəfiqlərinə güclü bir mesaj idi. Onlar bilməlidir ki, İran beynəlxalq sərhədlərdə istənilən dəyişikliyə və onun təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı qətiyyətlə dayanacaq. Lazım gələrsə, Arazın şimalında işğal olunmuş torpaqları sionistlərdən və təkfirçilərdən təmizləməkdə bir an belə göz qırpmayacaq.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam