İraqda baş verən son hadisələr, 15 Oktyabr 2022

Şənbə 15 Oktyabr 2022 - 21:40
https://az.iswnews.com/?p=14093

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın Həşd-Şəəbi Təşkilatının 33-cü briqadası qüvvələri İŞİD terror qruplaşmasının ünsürləri tərəfindən elektrik enerjisi ötürücü qüllələrin partladılması və dağıdılmasının qarşısını almaq üçün Mosul şəhərinin ətrafına yerləşiblər.

1- Bağdad:
– Oktyabrın 14-də İraqın yeni prezidenti Əbdül Lətif Rəşid ölkənin konstitusiyasını və suverenliyini qoruyacağına söz verdi.
– Oktyabrın 12-də Bağdadın şimalındakı Tarimiyyə bölgəsində törədilən terror partlayışı nəticəsində 3 İraq əsgəri yaralanıb.

2- Səlahəddin:
Oktyabrın 12-də Həşd-Şəəbi Təşkilatı Tuzxurmatu ətrafında yerləşən Mursi Əli yüksəkliyində İŞİD terror qruplaşmasının mövqe və toplumuna artilleriya vasitəsi ilə hücum edib.

3- Neynəva:
– Oktyabrın 8-də Türkiyə ordusunun Mosulun şimalında yerləşən Zelkan bölgəsindəki Bəəşiqə hərbi bazası 4 Qrad raketi ilə hədəfə alınıb. “Əhrar Əl-İraq” İslami müqavimət dəstəsi bəyanat yayaraq bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Daha çox oxuyun: Türkiyə ordusunun İraqın şimalındakı bazasına raket hücumu olub + FOTO

– Oktyabrın 14-də İraqın Həşd-Şəəbi Təşkilatının 33-cü briqadası qüvvələri İŞİD terror qruplaşmasının ünsürləri tərəfindən elektrik enerjisi ötürücü qüllələrin partladılması və dağıdılmasının qarşısını almaq üçün Mosul şəhərinin ətrafına yerləşiblər.

4- Süleymaniyyə:
Oktyabrın 12-də İraqın Kürdüstan bölgəsinin Çəmçəmal bölgəsindəki Kormor qaz yatağı 8 “Katyuşa” raketi ilə hədəfə alınıb. Hələlik heç bir qruplaşma bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

5- Əbdül Lətif Rəşid İraq parlamenti üzvlərinin səs çoxluğu ilə ölkənin yeni prezidenti seçildi. Qələbədən sonra o, kabinet üzvlərinin formalaşması üçün Məhəmməd Şəyya Əl-Sudanini İraqın baş naziri təyin etdi.

Daha çox oxuyun: Əbdül Lətif Rəşid İraqın prezidenti oldu

6- Oktyabrın 14-də İraqda Nazirlər Kabinetinin yaradılması üzrə məsul vəzifəli Şəyya Əl-Sudani bəyan etdi: “Hökumətin etibarını bərpa etməyin və qanunsuzluğa son qoymağın vaxtı çatıb. Mübahisələr hökumət orqanlarının uğursuzluğuna səbəb olub və İraqda inkişaf və yenidənqurma üçün bir çox imkanları məhv edib.

7- Oktyabrın 13-də İran prezidenti Seyid İbrahim Rəisi Əbdül Lətif Rəşidi İraq Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik etdi. O, ümid etdiyini bildirib ki, bu ölkənin yeni hökuməti İraqın inkişafı və çiçəklənməsi istiqamətində addımlar atacaq və Tehran-Bağdad münasibətləri keçmişdə olduğundan daha genişlənəcək.

8- Oktyabrın 13-də ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays Əbdül Lətif Rəşidi İraq prezidenti seçilməsi münasibətilə təbrik edib.

9- Oktyabrın 9-da İbrani mediaları iddia edib ki, sionist rejimin qaz idarəsi və Kariş qaz yatağından qazma və qaz çıxarmaq üçün podratçı olan Enerji şirkətinin saytları İranın dəstəklədiyi iraqlı hakerlər tərəfindən sındırılıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam