Fələstində baş verən son hadisələr, 11 Sentyabr 2022

Bazar, 11 Sentyabr 2022 - 18:36
https://az.iswnews.com/?p=13023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin mənbələrinə görə, bu ilin əvvəlindən İordan çayının qərb sahilində 413-ü atışma olmaqla, 7216 anti-İsrail əməliyyatı həyata keçirilib.

– Sentyabrın 6-da İsrail rejiminin Cənin şəhərinə hücumu nəticəsində “Məhəmməd Musa Səbainə” adlı fələstinli gənc şəhid olub, 16 nəfər isə yaralanıb. Bu hücum zamanı sionist əsgərlər Təl-Əvivdə anti-İsrail əməliyyatçısı olan şəhid “Rəəd Hazimin” evini dağıdıblar.
– Sionist rejimin iqtisadiyyat naziri Orna Barbivai elan etdi ki, bu rejim 2023-cü ildə Mərakeşdə ticarət ofisi açmağa hazırlaşır.
– Sentyabrın 7-də Tubas şəhərinin cənubunda yerləşən Əl-Fariə düşərgəsinin 21 yaşlı fələstinli sakini “Yunis Tayə” İsrail əsgərləri tərəfindən güllələnərək şəhid edilib.

– Fələstin mənbələrinə görə, bu ilin əvvəlindən İordan çayının qərb sahilində 413-ü atışma olmaqla, 7216 anti-İsrail əməliyyatı həyata keçirilib.
– Sentyabrın 7-də İsrail əsgərləri 206-cı dəfə olaraq Ən-Nəqb səhrasında yerləşən Əl-Əraqib kəndində fələstinlilərin evlərini və çadırlarını dağıdıblar.
– Bəzi Afrika mediaları İsrail rejiminin Konqo ilə dronların satışı və kibertəhlükəsizlik sahəsində gizli müqavilələr imzaladığını iddia ediblər.
– Sentyabrın 8-də İsrail rejiminin əsgərləri Cənin şəhərinin Əl-Hədəf məhəlləsinə basqın edərək Ğor-Ordon bölgəsində bu yaxınlarda baş verən atışma əməliyyatının iki əməliyyatçısının atalarını həbs ediblər.
– Sentyabrın 9-da işğalçı İsrail qüvvələri Nablusun cənubundakı Beyt Dejan və Bita qəsəbələrinə hücum edərək fələstinlilərlə toqquşublar. Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, bu toqquşmalar zamanı 17 fələstinli yaralanıb.
– İsrailin baş naziri Yair Lapid işğal altındakı Fələstinin cənubunda, bu rejimin Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısına baxış keçirən zaman Nevatim hərbi hava limanında İran əleyhinə açıqlamalar verib. O, hədələyib ki, “İran nüvə silahı əldə etməyə cəhd etməyə davam edərsə, İsrailin qüdrətli əllərini və imkanlarını görəcək”.

Daha çox oxuyun: Sionist rejimin baş naziri İrana xitabən: Bizi sınamayın! + VİDEO
– Sentyabrın 9-da sionist rejimin Qüds şəhərindəki məhdudiyyətlərinə baxmayaraq, 60 min fələstinli Əl-Əqsa məscidində cümə namazında iştirak edib.
– Sentyabrın 10-da İsrail ordusu İordan çayının qərb sahilində yerləşən Qalqiliyyada texniki nasazlıq səbəbindən hərbi dronun qəzaya uğradığını elan etdi.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.