SDQ və Amerika koalisiyası qüvvələri Suriyanın şimal-şərqində birgə təlim keçiblər + FOTO

Çərşənbə, 7 Sentyabr 2022 - 23:55
https://az.iswnews.com/?p=12837

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika koalisiyası və Suriya Demokratik Qüvvələrinin (SDQ) birgə təlimi ilk dəfə olaraq Həsəkə əyalətinin Malikiyyə şəhərinin kənarında keçirilib.

Suriya Demokratik Qüvvələri Amerika koalisiyasının bir sıra zabit və qüvvələrinin iştirakı ilə Suriya, İraq və Türkiyə arasında sərhəd üçbucağında yerləşən Malikiyyə şəhərinin kənarında hərbi təlim keçiriblər. Bu təlimdə iştirak edən qüvvələr ehtimal olunan düşmənlə üz-üzə gəlmək və mövqelərini məhv etmək üçün raketlərdən, minaatanlardan, RPG-lərdən və “Tav” zirehli raketlərdən istifadə ediblər. Həmçinin, Amerika koalisiyasının kəşfiyyat dronları və helikopterləri təlim zonası üzərində uçuşlar həyata keçiriblər.

Xatırladaq ki, bir neçə gün əvvəl Amerika koalisiyası Təll-Təmər ətrafında yerləşən Təll Bidar bölgəsində və SDQ qüvvələrinin Türkiyənin dəstəklədiyi terrorçuların təmas xətti yaxınlığında bir neçə qırıcı təyyarənin iştirakı ilə hərbi təlim keçirmişdir.

Suriyanın ən şimal-şərqində bu birgə təlimin keçirilməsi onu göstərir ki, Amerika koalisiyası hələ də Türkiyənin Suriyanın şimalında əməliyyatlarının başlamasına qarşıdır və Ərdoğana yaşıl işıq yandırmaqla Suriya Demokratik Qüvvələri ilə münasibətlərini qaraltmaq niyyətində deyil.

Digər tərəfdən, Suriya Demokratik Qüvvələrinin baş komandanı Məzlum Əbdinin Rusiyanın Suriyadakı qüvvələrinin komandanı general Aleksandr Çayko ilə bu yaxınlarda keçirdiyi görüşə görə, amerikalılar bilirlər ki, əgər onlar SDQ qüvvələrinə lazımi siyasi və hərbi dəstək verməsələr, kürd silahlıları Rusiyaya üz tutacaq və hətta bu məsələ sonda SDQ ilə Suriya hökuməti arasında əməkdaşlığa gətirib çıxara bilər. Bu səbəblərə görə ABŞ koalisiyası Suriya Demokratik Qüvvələrinə (SDQ) dəstəyini davam etdirməyi və onu Suriyada əsas müttəfiqi kimi saxlamağı planlaşdırır.

Daha çox oxuyun:
SDQ komandiri Suriyadakı Rusiya hərbi komandiri ilə görüşüb

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.