Fələstində baş verən son hadisələr, 5 Sentyabr 2022

Bazar ertəsi, 5 Sentyabr 2022 - 23:20
https://az.iswnews.com/?p=12801

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejiminin müharibə naziri “Benni Gantz” Ordunun Baş Qərargah rəisi üçün təklif edilən variantları dəyərləndirdikdən sonra, nəhayət, “Herzi Halevi”ni bu rejim ordusunun hazırkı Baş Qərargah rəisi Aviv Koxavi”nin yerinə, indiki rəhbər kimi təqdim etdi.

– Sentyabrın 4-də sionist rejim Əl-Qüds İslami Vəqfinin müdir müavini Şeyx Nacih Bukeyratın Əl-Əqsa məscidinə daxil olmasını bir həftə müddətinə qadağan etdi.
– Sentyabrın 4-də sionist rejimin prezidenti İshaq Hersoq rəsmi səfəri zamanı Almaniyaya getdi.
– İbranidilli media iddia edib ki, sionist Knessetin üzvü Usamə Əs-Səədi qarşıdan gələn Knesset seçkilərində ortaq ərəb siyahısından namizəd olmayacaq.
– Sentyabrın 4-də İsrail ordusu Livan sərhədində elan edilməmiş hərbi təlimə başladığını elan etdi.
– Sentyabrın 3-də Beytləhmin şərqindəki Beyt Tamer kəndindən olan 40 yaşlı fələstinli əsir Musa Harun Əbu Məhamid İsrailin “Assav Haroviya” xəstəxanasında şəhid oldu.
– Sentyabrın 4-də Qəzza zolağında Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyi 5 cinayətkar, o cümlədən sionist rejimin iki casusunun edam edildiyini açıqlayıb.
– Sentyabrın 4-də “Nizal Əğbariyyə” adlı fələstinli jurnalist Ümmül-Fəhm şəhərində güllələnərək xəstəxanaya çatdırıldıqdan sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Hələlik heç bir şəxs və ya qrup bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.
– Sentyabrın 4-də İsrail rejiminin baş nazirinin sözçüsü Türkiyə ilə hava nəqliyyatı müqaviləsinin bu rejimin kabineti tərəfindən təsdiqləndiyini açıqladı.
– İsrail rejiminin müharibə naziri “Benni Gantz” Ordunun Baş Qərargah rəisi üçün təklif edilən variantları dəyərləndirdikdən sonra, nəhayət, “Herzi Halevi”ni bu rejim ordusunun hazırkı Baş Qərargah rəisi Aviv Koxavi”nin yerinə, indiki rəhbər kimi təqdim etdi.
– Sentyabrın 4-də İordaniyanın Ğor-Ordon bölgəsində İsrail rejiminin əsgərlərini daşıyan avtobusa qarşı fələstinli gənclərin silahlı əməliyyatı nəticəsində 11 İsrail əsgəri yaralanıb. Fələstin Fəth hərəkatının hərbi qolu bu əməliyyata görə məsuliyyəti öz üzərinə götürüb.

Daha ətraflı: İordan Çayının Qərb Sahilində anti-sionist əməliyyatı baş verib + FOTO və VİDEO

– Ötən 24 saat ərzində 11 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.
– Sentyabrın 5-də Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamasına görə, Cəninin cənubundakı Qəbatiyyə qəsəbəsində baş verən qarşıdurmalar zamanı İsrail əsgərləri tərəfindən başından yaralanan fələstinli gənc Tahir Məhəmməd Zəkarinə aldığı xəsarətin ağırlığına görə şəhid oldu.
– Livanın prezident aparatı Livan və İsrail rejimi arasında sərhəd danışıqlarında ABŞ-ın xüsusi nümayəndəsi “Amos Hochstein”in bu həftə Beyruta səfər edəcəyini açıqladı.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.