Rusiya öz S-300 sistemlərini Suriyadan geri qaytarır + FOTO

Bazar, 28 Avqust 2022 - 00:03
https://az.iswnews.com/?p=12317

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionistlərin yaydığı peyk görüntülər Rusiya ordusunun Suriyada yerləşən S-300 sistemlərini toplayaraq Rusiyaya qaytardığını göstərir.

İsrailin bir peyk şirkəti Rusiya ordusunun Ukrayna ilə müharibənin ortasında Suriyanın şimal-qərbindəki Misyaf şəhəri yaxınlığında S-300 sistemlərini apardığını göstərən görüntülər yayımlayıb.

Bu görüntülər əsasında S-300 sistemlərinin radarı Latakiyada yerləşən Həmimim hava bazasına, buraxılış qurğuları isə yüklənərək Rusiyaya göndərilmək üçün Suriyanın Tərtus limanına köçürülüb. Həmçinin bildirilir ki, bu avadanlığı daşıyan gəmi cümə günü 2 sentyabr tarixində Rusiyanın Novorossiysk limanına çatacaq.

Görünən odur ki, Misyafda bu sistemin mövcudluğunun və Suriyanın açıq səmasının İsrailin təcavüzü üçün faydasızlığı nəzərə alınaraq, Rusiya-Ukrayna müharibəsində bu sistemdən daha yaxşı istifadə etmək üçün bu addım atılıb.

Suriyanın Misyaf şəhəri yaxınlığında S-300 sistemlərinin yerləşdirilməsindən əvvəl və sonrakı peyk görüntüləri
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.