Laçın bir gün təxirlə Azərbaycan Respublikasına rəsmi təhvil verildi + VİDEO

Şənbə, 27 Avqust 2022 - 23:41
https://az.iswnews.com/?p=12312

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, cümə günü avqustun 26-da Azərbaycan ordusu Laçın şəhəri və Laçın dəhlizinin Qarabağ bölgəsinə gedən köhnə marşrutu boyunca yerləşən kəndləri Rusiya Federasiyasının sülhməramlılarından rəsmən təhvil alıb.

Laçın şəhərinin Azərbaycan qüvvələrinə təhvil verilməsi əməliyyatı avqustun 25-də nəzərdə tutulsa da, ruslar bir gün təxirlə Azərbaycan ordusunun bu əraziyə daxil olmasına icazə verdilər.

Ona görə də, nəhayət, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu dəfə qeyri-rəsmi şəkillər və üzləri örtülü əsgərlər əvəzinə açıq və aydın üzləri açıq təsvirlərdən istifadə etdi! Bundan əvvəl üzləri örtülü Azərbaycan əsgərlərinin Laçında olmasını əks etdirən görüntülər dərc olunmuşdu.

Dafa ətraflı: Azərbaycan ordusu Laçın şəhərinə daxil oldu + VİDEO

İlham Əliyev də rəsmi səhifələrində bu məsələni təsdiqləyib. Bu ölkənin dövlət mediaları həmişəki kimi qalibiyyət tonu ilə Laçın xəbərlərini dərc edir və Rusiya hərbi postu tərəfdən icazə və giriş şəkillərini yayımlamaqdan imtina edirlər.

Rusiya sülhməramlı qüvvələri Ermənistanın Qarabağ bölgəsinə aparan yeni yaradılmış yoluna (xəritədə yaşıl yol) daxil olub və onun ətrafında 2,5 kilometrlik zolağ yaradacaq. Bundan sonra Qarabağ bölgəsi sakinləri bu yeni marşrutla Ermənistana səfər edəcəklər. Amma dünən hərbi postların qurulması ilə əlaqədar yeni yoldan Qarabağ bölgəsində yaşayan erməni vətəndaşları istifadə edə bilməyiblər.

Azərbaycan ordusunun Laçına girişi

Laçın və ətraf kəndlərin Azərbaycana təhvil verilməsinin gecikdirilməsi Rusiyanın münaqişədəki gücünü xatırlatmaq, dövlətin və hökumətin dəstəklədiyi mediaya cavab kimi də şərh oluna bilər.

Ermənistanın “Yerevan Today” qəzeti Laçının təhvil verilməsi ilə bağlı yazıb: “Paşinyan güllə atmadan Bardzoru (Laçını) türklərə (Azərbaycan) verdi”.

Dünən İrəvanda Rusiya əleyhinə mitinq keçirilib və etirazçılar Laçının təhvil verilməsinə etiraz ediblər. Ermənistan polisi bu mitinqin bir sıra təşkilatçılarını, o cümlədən bir sıra bloggerləri həbs edib. Son günlər İrəvanın Respublika meydanı Ermənistanın baş nazirinə qarşı etirazların keçirildiyi məkana çevrilib və bu aksiyalarda müxalifət və Laçından qayıdan insanlar, eləcə də digər insanlar iştirak ediblər.

Daha çox oxuyun: Mübahisəli Laçın təxliyəsi

Ermənistandan Qarabağ bölgəsinə yeni salınan yol – Tam ölçüyə baxmaq üçün klikləyin
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.