Rusiya: Suriyanın hava hücumundan müdafiəsi İsrailin 9 raketini vurub + FOTO

Şənbə, 27 Avqust 2022 - 19:55
https://az.iswnews.com/?p=12288

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi sionist rejim qırıcılarının Həma və Tərtus əyalətlərindəki hədəflərə atdığı 20 raketdən 9-nun Suriyanın hava hücumundan müdafiəsi tərəfindən məhv edildiyini bildirib.

Qeyd edək ki, avqustun 25-də yerli vaxtla saat 19:15 radələrində İsrail qırıcıları Tərtus vilayətinin cənub-qərb istiqamətindən bir neçə raket ataraq Həma şəhəri və Tərtus şəhərinin kənarındakı hədəflərə hücum etmişdir.

Daha ətraflı: Sionist rejimi Suriyaya hava zərbələri endirib + FOTO və VİDEO

Bununla əlaqədar Rusiya Müdafiə Nazirliyi elan edib ki, Suriya müdafiəsi sionist rejim qırıcılarının Suriya ordusunun Misyaf və Tərtusdakı mövqelərinə atdığı cəmi 20 bomba və raketdən iki qanadlı raketi və yeddi idarə olunan bombanı ələ keçirərək məhv edib. Həmçinin bu hücumdan sonra xüsusi texnikaların anbarlarına ciddi ziyan dəyib.

Misyaf bölgəsindən yayılan peyk görüntüləri İsrail qırıcılarının hücumu nəticəsində ən azı bir neçə binaya ciddi ziyan dəydiyini və ərazidəki bitki sahələrinin alovlandığını göstərir.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.