Türkiyənin Suriyanın şimalına hava hücumunda üç suriyalı əsgər şəhid olub + VİDEO və FOTO

Çərşənbə, 17 Avqust 2022 - 16:14
https://az.iswnews.com/?p=11792

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə qırıcı təyyarələrinin Suriya ordusunun qərargahına, o cümlədən Hələb vilayətinin şimalında yerləşən Eyn Əl-Ərəb şəhərinin qərbindəki Çarqili kəndindəki hərbi bazaya hücumu nəticəsində 3 Suriya əsgəri şəhid olub, 6-sı yaralanıb.

Avqustun 16-da Türkiyə ordusunun qırıcıları Suriya ordusuna məxsus bir neçə qərargahı, o cümlədən Hələb vilayətinin Eyn Əl-Ərəb şəhərindən 20 kilometr qərbdə yerləşən Çarqili kəndində Suriya hərbi bazasını hədəfə alıblar. Bu hücumlar zamanı Suriya ordusunun üç əsgəri “Basil Muəlla”, “Abdullah Əs-Seyyed” və “Səlah Səbbağ” adlı qüvvələr şəhid olub, 6 nəfər yaralanıb.

Suriya hərbi mənbəsinin məlumatına görə, bu hücumlar çərşənbə axşamı (yerli vaxtla) saat 14:37-dən 15:00-dək həyata keçirilib.

Bu hücum Hələb və Raqqa əyalətlərində münaqişə tərəfləri arasında gərginliyi artırıb. Türkiyə hava qüvvələrinin Suriya ordusunun bazalarına hücumundan sonra Türkiyənin dəstəklədiyi terrorçular da Təll-Rəəfət şəhərində Suriya ordusu və kürd silahlılarının mövqelərinə zərbələr endiriblər.

Həmçinin, bu gün səhər (17 avqust) Təll-Əbyəz şəhərinin cənub cəbhəsində “Ceyşul-Vətəni” terrorçu qüvvələri ilə kürd silahlı birləşmələri arasında şiddətli toqquşma olub, indiyədək hər iki tərəfin itkiləri ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Suriya hökuməti və müqavimət cəbhəsi Türkiyənin son hücumlarına sərt reaksiya verməsə, bu ölkə təcavüzkar hərəkətlərini davam etdirəcək. Suriya ordusu və hökumətinin Türkiyənin son aylardakı hücumları ilə bağlı susması ölkənin Suriyadakı fəal tərəflərin etirazlarına baxmayaraq, Suriyanın şimal bölgələrində hərbi əməliyyatlara başlamaq əzmini daha da qətiləşdirib.

Daha çox oxuyun:
Türkiyənin Qamışlıya dron hücumu nəticəsində 3 nəfər həlak olub
Məqalə: Suriyanın şimalında Türkiyənin mümkün əməliyyatları haqqında araşdırma

Suriya ordusunun bazalarından birinin Türkiyə ordusunun qırıcıları tərəfindən hədəfə alındığı an (1)
Suriya ordusunun bazalarından birinin Türkiyə ordusunun qırıcıları tərəfindən hədəfə alındığı an (2)
Türkiyənin Suriya ordusunun bazalarına hücumu nəticəsində yaralananların şəkilləri


Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.