Ötən həftə Qarabağ bölgəsində nələr baş verdi?

Şənbə, 6 Avqust 2022 - 23:28
https://az.iswnews.com/?p=11296

Qarabağ bölgəsində gərginlik nisbətən səngiyib; Həmçinin Azərbaycanın 2020-ci ilin noyabr müqaviləsinin müddəalarına əməl etmək tələblərinə yaxınlaşdığına dair məlumatlar var.

Şəhidlərimiz barədə

Azərbaycan Respublikası KİV-ləri Müdafiə Nazirliyinə istinadən avqustun 3-də, 4-də və 5-də 5 əsgərin qeyri-döyüş şəraitində şəhid olduğunu bildirirlər. Şəhid olan hərbçilərin ölümünə səbəb kimi Kəlbəcər və Laçın rayonlarının Qarabağ bölgəsi ilə təmas xəttində mina partlayışı və qayalıqdan daşın düşməsi kimi səbəblər göstərilir.

Bu rəqəm bu həftə Azərbaycan ordusunun itkilərinin sonudursa, Sarı Baba və Qırx Qız yüksəkliklərini nəzarətə götürmək üçün ümumilikdə 5 əsgər şəhid olub. Çərşənbə axşamı, avqustun 3-də nazirliyin rəsmiləri yalnız bir əsgərin şəhid olduğunu açıqlamışdır. Görünür, Müdafiə Nazirliyi itkilərin açıqlanmasını ləngitmək siyasətindən istifadə edir.

Samir Xudiyev, Babək Əliyev, Tahir Əliyev, Anar Kazımov və Pünhan Ağamirovun pak cənazələri ailələrinə təhvil verilib.

Samir Xudiyev Səməd oğlunun doğulduğu yer Bakı şəhəri Ramanıda keçirilən dəfn mərasimində İmam Hüseynin (ə) əzadarlığı da müşahidə olunub.

Qarabağ ermənilərinin Laçından çıxarılması

“Laçın” şəhəri və onun ətrafı İkinci Qarabağ müharibəsindən əvvəl Qondarma Dağlıq Qarabağ ermənilərinin bir hissəsini məskunlaşdırmaq üçün istifadə edilib və onlar bu ərazini “Berdzor” adlandırıblar. Hazırda Qondarma Dağlıq Qarabağda yerləşən Ermənistanın de-fakto “Artsax” adlanan hakimiyyəti “Laçın” və “Ağanus” sakinlərindən avqustun sonuna qədər evlərini boşaltmağı və nəzarətləri altında olan torpaqlara getməyi xahiş edib.

Atəşkəs razılaşmasına əsasən, Laçın rayonunun mərkəzi olan Laçın şəhəri Azərbaycana qaytarılmalıdır. Bu şəhər və onun ətrafı Laçın dəhlizinin Qarabağ bölgəsinə birləşdirici məntəqələrindən biri kimi Rusiya sülhməramlılarının nəzarəti altındadır və Ermənistanla Qarabağ bölgəsi arasında yeni dəhlizin tikintisi başa çatana qədər istifadə oluna bilər.

Laçın dəhlizinin yeni marşrutu

Azərbaycan Respublikası yeni Laçın dəhlizinin 32 km-ni tikib və təhvil verməyə hazırdır. Azərbaycan hakimiyyəti avqustun 2-də bəyan etmişdi ki, Ermənistandan Qarabağ bölgəsinə gediş bu yeni marşrutdan başlamalıdır.

Bu marşrutun başlanğıcı Ermənistan ərazisindəki indiki məntəqənin cənubundandır və Laçın-Şuşa marşrutu ilə yalnız bir dəfə kəsişmədən keçərək şimala gedir. Azərbaycan bu ərazidə nəzarət-buraxılış məntəqəsinin olmasını istəyir. Qarabağ bölgəsindəki de-fakto hakimiyyəti hələ də onların nəzarətində olan altı kilometri tikməyib. Həmçinin Ermənistanın yeni marşrutdan istifadə etmək üçün uyğun yolu yoxdur.

Qırmızı xətt: Laçın dəhlizində cari yol – Yaşıl xətt: Azərbaycanın çəkdiyi yol – Sarı xətt: Qarabağ bölgəsində tikilməmiş yol

Cümə günü, avqustun 5-də Ermənistanın “Azadlıq” radiosunun verdiyi məlumata əsasən, Ermənistanın sərhəddə yerləşən Kornidzor kəndində 1992-ci ildə tikilmiş, 12 kilometr uzunluğunda olan yolun təmiri aparılır və bir il ərzində bu yoldan istifadə etmək mümkün olacaq.

Azərbaycan mediaları Ermənistanın yeni keçidin tikintisini gecikdirməklə Laçının boşaldılmasını gecikdirmək istədiyini iddia edirlər. Qondarma Dağlıq Qarabağ hüquq müdafiəçisi Qaqam Estepayan iki tərəf arasında son münaqişənin səbəblərindən birinin Azərbaycanın tələbi və Ermənistanın bundan imtina etməsi olduğunu bəyan edib.

Azərbaycan tərəfindən daha bir yüksəkliyin nəzarətə götürülməsi

Azərbaycan ordusu Kəlbəcərlə Qarabağ bölgəsinin şimal-qərbindəki təmas xəttində yerləşən Buzdux dağını ələ keçirib.
Bu dağ Ağ Dərə yaxınlığında yerləşir. Hündürlüyü 2374 metr olan bu dağ Xankəndi ilə 57 km məsafəsi var və strateji yer hesab olunur.

Qondarma Dağlıq Qarabağdakı erməni mənbələri bu ərazinin nəzarətə götürülməsini Rusiya sülhməramlı qüvvələrinin sövdələşməsi ilə edildiyini iddia edirlər.

Buzdux dağının Qarabağ bölgəsindəki yeri

Ermənistan, Azərbaycanın onun torpaqlarını işğal etməsini iddia edir

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, sərhəddəki gərginlik zamanı ölkə ərazisinin 42 kvadrat kilometri Azərbaycan tərəfindən işğal olunub.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.