İraqda baş verən son hadisələr, 11 İyul 2022

Çərşənbə axşamı, 12 İyul 2022 - 08:26
https://az.iswnews.com/?p=10168

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd əş-Şabi İraq ordusu ilə Səlahəddin əyalətində yerləşən Bicinin qərbində və əl-Dəlviyyənin şimalında İŞİD ünsürlərini təqib və həbs etmək məqsədi ilə iki ortaq əməliyyata başladığını açıqlayıb.

1- Bağdad:

– İyulun 8-də İraq ordusunun bir əsgəri Tarmiyyə bölgəsinin qərbində İŞİD-in snayper gülləsinə tuş gəlib və ağır yaralanıb.

– İyulun 8-də Bağdad hava limanı bu beynəlxalq hava limanında atışma ilə bağlı yayılan xəbəri təkzib edib.

2- Səlahəddin:

– İyulun 8-də Həşd əş-Şabi İraq ordusu ilə Səlahəddin əyalətində yerləşən Əl-Dəlviyyənin şimalında birgə əməliyyata başladığını elan edib.

– İyulun 9-da Həşd əş-Şabi Bicinin qərbində İŞİD ünsürlərini təqib və həbs etmək üçün İraq ordusu ilə birgə əməliyyata başladığını elan edib.

3-Ninova:

– İyulun 9-da İraqın baş naziri xidməti idarələrə baş çəkmək, təhlükəsizlik vəziyyəti və Ninovanın yenidən qurulması barədə məlumat əldə etmək üçün bu əyalətə gəlib.

4- Kərkük:

– İyulun 11-də İraqın daxili işlər naziri Osman əl-Qanəmi təhlükəsizlik heyətinin başında Kərkük vilayətinə daxil olub.

5- İraqın baş naziri Mustafati Əl-Kazimi, Qurban bayramı münasibəti ilə Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas ilə söhbət edib və Qurban bayramı münasibətilə onu təbrik edib.

6- Bəzi İraq mənbələri İraq Şiə Koordinasiya Şurasının Mustafa Əl-Kaziminin baş nazirlik müddətinin uzadılmasına qarşı olduğunu açıqlayıb.

7- İraqın Terrorla Mübarizə Təşkilatının sözçüsü bu təşkilatın 2022-ci ildə şəhər xaricində 154-dən çox əməliyyat keçirdiyini açıqlayıb.

8- İyulun 10-da İraqın Baş naziri Mustafa Əl-Kazimi Bəhreyn Kralı Ali Xəlifə Həmməd bin İsa ilə telefon danışığı edib.

9- İyulun 7-də Türkiyənin Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin “Məhəmməd Mustafa Koca”, “Ömər Ərtoğrul Sarı” və “Murad Yıldırım” adlı üç əsgərinin öldürüldüyünü etiraf edib. Həmçinin PKK yaraqlılarının hücumu nəticəsində Türkiyə ordusunun daha 3 hərbçisi yaralanıb.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.